Rabyo Türkiyə klubuna keçə bilər

Son klubu “Yuventus” olan Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyo karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Qalatasaray” 29 yaşlı futbçunun xidmətində maraqlıdır.

Transferə əsas maneə Rabyonun yüksək maaş tələbləridir. O, ildə 7-8 milyon avro almaq istəyir. “Cim-bom” ona bu qədər pul verməyə hazır deyil.

Fransalı yarımmüdafiəçi yeni klubu ilə bağlı son seçim etməyə tələsmir. O, maaş tələblərinin ödənilə biləcəyi Premyer Liqadan təklif alacağına ümid edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button