MY fransalı futbolçu ilə müqavilə bağlamağa yaxındır

Fransalı futbolçu Adrien Rabyonun “Yuventus”la yeni müqavilə imzalamayacağı rəsmən açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə “goal” nəşri məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi iyulun əvvəlindən azad agent statusundadır.

Rabyo “Mançester Yunayted”lə müqavilə imzalamağa yaxındır. Fransalı futbolçu İngiltərədə oynamaq istəyir və “qırmızı şeytanlar” onu transfer etmək üçün favoritdir.

Rabyo “Yuventus”da 5 mövsüm keçirib. O, bu müddət ərzində 212 matçda iştirak edib, 22 qol vurub və 15 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button