DÇ-2022: “Argentina favoritlərdən biridir”
“Yuventus”un və Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabiot DÇ-2022-dəki favoritlərini açıqlayıb.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, fransalı futbolçu Argentina millisini keyfiyyətli komanda hesab edir:
“Argentina favoritlərdən biridir. Ona görə yox ki, bu, Lionel Messi üçün sonuncu dünya çempionatıdır. Ona görə ki, Argentina yığması keyfiyyətli komandadır. Elə Niderland da”.
Fransa millisi qrup mərhələsində Tunis, Avstraliya və Danimarka ilə mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin