Fransalı futbolçu ərəblərin təklifini qəbul etmək istəmir
“Yuventus”dan ayrıldıqdan sonra azad agent statusunda olan yarımmüdafiəçi Adrien Rabyo Avropanı tərk etmək istəmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçunu Səudiyyə Ərəbistanında qazanclı müqavilə cəlb etmir. Yarımmüdafiəçi Avropanın ən yaxşı beş çempionatından bir klubla müqaviləsi bağlamağı gözləyir.
Daha əvvəl mətbuatda Rabyonun özünü İngiltərə Premyer Liqasında sınamaq istədiyi barədə xəbərlər yayılıb.
29 yaşlı futbolçu 2019-2024-cü illərdə “Yuventus”da çıxış edib. O, 2023/24 mövsümündə A Seriyasında 31 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin