Rəsmi: “Zirə” monteneqrolu futbolçunu transfer etdi

Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən “Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Miloş Bakraçla anlaşıb. 27 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.

Monteneqrolu futbolçu karyerası ərzində “Syon”, “Buduçnost”, “Travnik”, “Sutyeska”, “Jelejzniçar” və OFK (Titoqrad) klublarında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button