
Rəsmi: U-21-in baş məşqçisi məlum oldu

Azərbaycanın 21 yaşlılardan ibarət milli komandasının baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi vəzifəsi Milan Obradoviçə həvalə olunub.
Bu barədə məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Serbiyalı mütəxəssislə müqavilənin detalları haqda əlavə məlumat verilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin