Rəsmi: “Qarabağ” milli üzvü ilə yollarını ayırdı
“Qarabağ” klubu bir futbolçusu ilə yollarını ayırıb.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, islandiyalı qapıçı Hannes Tor Halldorssonla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Mövsümün əvvəlində “köhlən atlar”a transfer olunan İslandiya millisinin qolkiperi bu mövsüm 8 oyunda ( 4 Premyer Liqa, 4 avrokubok) meydanda olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin