Rəsmi: “Qalatasaray” 2 futbolçuyla danışıqlara başladı

“Qalatasaray” heyətini 2 futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, “sarı-qırmızılar” Portuqaliyanın “Çaves” klubundan müdafiəçi Markao və “Bursaspor”dan ayrılan Əmrə Taşdəmirlə danışıqlara başlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Hər iki futbolçunun yaxın günlərdə “Qalatasaray”la rəsmi müqavilə imzalayacağı gözlənilir.

“Çaves”in 22 yaşlı müdafiəçisi Markao cari mövsümdə 23 oyunda iştirak edib. “Bursaspor”dan ayrılan Taşdəmir isə bu mövsüm 1 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button