
Rəsmi: DÇ-2018-in qalibi “Bavariya”da
“Bavariya” heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi “Ştutqart”dan Benjamin Pavarı transfer edib. Bu barədə klubun rəsmi “tvitter” hesabı məlumat yayıb.
Pavarla 5 illik razılıq əldə olunub. 22 yaşlı futbolçu mövsümün sonunda “Bavariya”ya qoşulacaq.
Pavar DÇ-2018-də Fransa millisinin heyətində çıxış edib. 22 yaşlı müdafiəçi mündialda sərgilədiyi oyunla bir çox Avropa klublarının diqqət mərkəzinə düşmüşdü. O, Fransa yığması ilə DÇ-2018-in qızıl medalçısı olub.
Onun “Ştutqart”la 2021-ci ilin yayına qədər müqaviləsi var idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin