
Rəsmi: “Barselona”da yeni müqavilə
“Barselona” müdafiəçisi Ronald Arauxo ilə yeni müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. Uruqvaylı müdafiəçi ilə müqavilə 2026-cı ilə qədərdir. Onun təzminat məbləği isə 1 milyard avrodur.
Arauxo 2018-ci ildə “Barselona”ya keçib. Bu mövsüm o, 30 oyun keçirib və 4 qol vurub.
Daha əvvəl üç İngiltərə klubunun Arauxonu transfer etmək istədiyi bildirilirdi. Söhbət “Arsenal”, “Mançester Yunayted” və “Çelsi”dən gedir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin