Rəşad Sadıqov: “Qarabağ” və “Neftçi” ilə mübarizə aparmaq asan deyil”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Sabah”a qarşı keçirdikləri yoxlama oyunundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

  • Oyunla bağlı fikirləriniz nədir?
  • Hər iki komanda istəkli idi. İlk oyun olmasına baxmayaraq, hər iki tərəfdə istək var idi. İlk oyun olduğuna görə bəzi şeylər alınmırdı. Əsas olan oyundan çox futbolçuların yüklənmələri idi. Bu yüklənməni ala bildik. Getdikcə futbolçuların qazandığı vaxt da artacaq. Get-gedə daha çox çalışacağıq ki, yeni mövsümün ilk turuna qədər tam formada ola bilək.
  • Yeni gələn futbolçulardan gözləntiləriniz nədir?
  • Tək yeni gələnlərdən deyil, hər bir futbolçudan gözləntim çoxdu. Hələ ki, seleksiya işlərimiz davam edir, komandanı komplektləşdirməyə çalışırıq.
  • Hazırlıq plan üzrə gedirmi?
  • Bir az əngəllər var. Bəzi futbolçuların komandaya gec qoşulması işimizə bir az mane olur. Danışıqlar istədiyimiz kimi getmir. Bir çox futbolçu ilə yollarımızı ayırdıq. Bu, hər iki tərəfin faydası üçün idi. İşlərimiz davam edir. Bəzi futbolçuların yolunu gözləyirik, bəziləri ilə də danışıqlar gedir.
  • Komandada fəlsəfə, sistem dəyişikliyi olacaqmı?
  • Oyunumuzu inkşaf etdirməyə çalışacağıq. Ümumi olaraq iş prinsipimiz dəyişmir. Hər şeyi daha keyfiyyətli etmək istəyirik.
  • Hədəfiniz çempionluqdur?
  • Sırf çempion olmalıyıq deyə hədəfimiz yoxdur. “Qarabağ” və “Neftçi” ilə mübarizə aparmaq asan deyil. Mövsümün gedişində nəsə demək olar. Heyəti tam formalaşdırmamışıq. Bilmirik istədiyimiz kimi alınacaq, ya yox. Buna görə də mövsüm başlayandan sonra qəti nəsə demək olar.
  • AÇ-2020-də kimə azarkeşlik edəcəksiz?
  • Gözəl futbola azarkeşlik edəcəm.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button