Rəşad Sadıqov: “Olduqca çətin səfər oyunu alındı”
“Zirə” bu gün Azərbaycan Premyer Liqasının 20-ci turunun açılış matçında “Şamax”nın qonağı olub.
Komanda.az xəbər verir ki, 2:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqovun oyundan sonra mətbuat konfransı keçirilib. Sadıqov olduqca çətin səfər oyunu alındığını bildirib:
“Olduqca çətin səfər oyunu alındı. Əvvəlki turlarda da “Şamaxı” çox peşakar oyun nümayiş etdirdi. Oyunçularım qoldan sonra yaxşı reaksiya verdilər. Hücuma atıldılar və standart vəziyyətdən fərqləndik. İkinci hissə də qarşılıqlı mübarizə şəraitində keçdi. İlk hissədə rəqib daha yaxşı mübarizə aparırdı və aqressiv pressinq edirdi.
Aydın Bayramovla Ruan Renato arasında nə baş verdiyini görmədim. Mən kollektivimizin mehribançılığına güvənirəm. Paltardəyişmə otağında da görüşüb qucaqlaşdılar.
Heç vaxt gələcəklə bağlı proqnoz vermək olmur. Bugünkü oyunda fərqli olacağını düşünürdüm. Amma gördük ki, rəqib ilk hissədə daha aqressiv pressinq edirdi. Ona görə də, gələcək oyunlar barədə proqnoz vermək çətindir. Düşünürəm ki, futbolçularım növbət oyunlara daha məsuliyyətli yanaşacaqlar”.
“Zirə” növbəti turda “Qarabağ”ı qəbul edəcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin