Rəşad Sadıqov: “Həm oyun, həm də nəticə baxımından yaxşı matç keçirdik”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:1 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Yaxşı komandaya qarşı oynadıq. Meydanda da yaxşı oyun göründü. İlk hissə həm oyun, həm nəticə baxımından daha yaxşı alındı. Fasilədən sonra fərqi artırmaq istəyirdik ki, sonluq daha rahat olsun.
Qol imkanlarımız çox oldu. “Səbail” elə komandadır ki, hesab böyük olanda da mübarizə aparır. Nə lazımdırsa, onu etməyə çalışdıq. Oyun nəzarətimizdə idi. Son dəqiqələrdə səhvə yol verdik. Ümumən, yaxşı oyunlarımızdan birini keçirdik”.
Mehri Qurban
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin