
Rəşad Sadıqov: “Hədəfimiz mərhələni keçməkdir”
“Zirə” sabah UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Xorvatiyanın “Hayduk” komandasını qəbul edəcək.
Komanda.az xəbər verir ki, qarşılaşmadan bir gün əvvəl Bakı təmsilçisinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sadıqov oyuna kifayət qədər yaxşı hazırlaşdıqlarını bildirib:
“Bizim üçün avrokublarda yeni mövsüm başlayır. Ölkə çempionatını uğurla başa vurduq. Çempioantı uğurlu başa vurmağımızın nəticəsi olaraq bu gün avrokuboklarda çıxış edirik.
Oyuna kifayət qədər yaxşı hazırlaşmışıq. İdeal olmasa da, ideala yaxın vəziyyətdəyik. Düşünürəm ki, sabah azarkeşlərimizi maraqlı oyun gözləyir. İstəyirik ki, yaxşı nəticə qazanaq. Azarkeşlərimizdən dəstək gözləyirik. Onların da dəstəyi ilə yaxşı nəticə qazanmaq istəyirik.
Əsasən öz komandamı düşünürəm. Hədəfimiz mərhələni keçməkdir. Təbii olaraq, rəqib də bunu istəyir. Nə dərəcədə uğurlu olacağımızı biləcəyik”.
Bura mənim üçün hər zaman doğma arenadır. “Neftçi”nin stadionu mənə həmişə doğma olub. Bir neçə variant var idi. Burda oynamağımızı mən istədim. Buna görə “Nefçi” rəhbərliyinə təşəkkür edirəm.
Azərbaycan millisinin sabiq baş məşqçisi xorvatiyalı cənab Yurçeviçə cavab vermək istəyirəm. O bir şeyi qabardıb ki, guya komandada 15 legioner çıxış edir. Bu, yanlış fikirdir. Bizim komandada həmişə 4 yerli oyunçu çıxış edib. Daha sonra qabardıb ki, yaxşı məvaciblər alır oyunçular. Mən onu deyə bilərəm ki, mənim futbolçularım haqq etdiklərindən aşağı məvaciblə oyunayırlar. Bunlar qətiyyən düzgün açıqlamalar deyil. İstərdim ki, öz işi ilə məşğul olsun”.
Tərəflər sabah saat 19:30-da 8-ci km stadionunda qarşılaşacaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin