Rəşad Sadıqov: “Final barədə heç nə fikirləşməyəcəyik”

“İlk dəfə finalda çıxış edəcəyik. Futbolçularımı və azarkeşləri təbrik edirəm”.

Komanda.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Neftçi”ni penaltilər seriyasında üstələyərək, finala yüksəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis gərgin və maraqlı oyuna şahidlik etdiklərini bildirib: “Çox emosional oyun oldu. Daha ətraflı fikir bildirmək çətindir. Biirdik ki, ilk matçdakı ssenari davam edəcək. Buna uyğun hazırlaşmışdıq. Oyun meydanın mərkəzində getdi. İkinci hissədə üstünlük rəqibə keçdik. Sistemi dəyişdikdən sonra komanda sanki nəfəs aldı. Futbolçularımla fəxr edirəm ki, ilk hissədə və əlavə vaxtda daim hücumda oynadıq. Əsl kubok ab-havası var idi. Hər iki komanda qalib gələ bilərdi. Futbolçuları təbrik edirəm. Əzmkarlıq nümayiş etdirdilər”.

Sadıqov məşqlərdə penaltilər üzərində işləmədiklərini də vurğulayıb: “Heç bir hazırlıq görməmişdim. Dünən məşqdə penaltilər seriyasının üzərində işələmək istədik. Amma sonra fikrimdən daşındım. Penaltini dünya ulduzları da qaçırır”.

Baş məşqçi mayın 27-də “Qarabağ”a qarşı keçirəcəkləri final oyunu barədə düşünmədiklərini də əlavə edib: “Son həftəyədək final barədə heç nə fikirləşməyəcəyik. Finala vəsiqə bizə heç nə vermir. Hazırda ən vacib məsələ çempionat oyunlarına köklənməkdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button