Rəşad Sadıqov: “Çox vacib qələbə qazandıq”

Bu gün Azərbaycan Premyer Liqasının 2-ci turunda “Zirə” səfərdə “Sabah”ın qonağı olub.

Komanda.az xəbər verir ki, 2:0 hesablı qələbə qazanan Bakı klubunun çalışdırıcısı Rəşad Sadıqovun matçdan sonra mətbuat konfransı keçirilib. Sadıqov çox vacib qələbə qazandıqlarını bildirib:

“Hər iki komandanın oyunçularına təşəkkür edirəm. Konfrans Liqasında ağır səfər qarşılaşmalarından sonra hər iki komandanın futbolçuları 90 dəqiqənin sonuna kimi mübarizə apardılar. Çox vacib qələbə qazandıq. “Sabah” səfərindən üç xalla qayıtmağımız yaxşı nəticədir.

Eldarla çoxlu söhbətimiz olub. Ukrayna vətəndaşıdır. Bəlkə də, başqa futbolçu olsaydı, deyərdi ki, gedib Azərbaycan millisində oynayım, amma görürəm ki, o, Ukrayna millisinə düşmək üçün can atır. Bu, sevindirici haldır.

Rüstəmin oyunundan çox razıyam. Yanvara qədər çox yaxşı oynadı. Ciddi zədə almışdı. Hətta həkimlər belə zədə görmədiklərini dedilər. Meydanda olduğu müddətdə çox yaxşı mübarizə aparır, təhlükəli qol epizodlarına daxil olur. Hücumlarda effektli oyunçudur, nəzərə alsaq ki, üç gün bundan qabaq qızdırma ilə meydana çıxmışdı.

Ümumən hər iki komandada yorğuluq var idi. Mənim üçün şəxsən derbi ab-havasında keçdi. Xüsusən, 2:0-dan sonra rəqib məşqçi dəyişiklər etdi. Çətin oyun oldu.

Məşqçi olaraq düşünürəm ki daha yaxşı çıxış etməliyik. Oyunçularımdan razıyam. Çox yaxşı, mehriban kollektivimiz var. Mən buna çox sevinirəm.

Uğurlu seriyamızı davam etdirib-etdirməyəcəyimizi zaman göstərəcək. Düşünürəm ki, bu seriyanı davam etdirmək üçün daha nələr etməliyik”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button