Rəşad Sadıqov: “Bu gün “Qəbələ” ilə qarşılaşmaq istəməzdim”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 5-ci turunun “Qəbələ” ilə səfər oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:
“Maraqlı və gərgin oyunun şahidi olduq. Hər iki komanda qələbə üçün mübarizə aparırdı. Standart vəziyyətdən qol buraxdıq. İlk hissədə qoldan sonra reaksiya verə bilmədik. İkinci hissdə fərqli “Zirə” gördük. Sadəcə olaraq son vuruşlarda dəqiqlik çatmadı. Buradan 1 xalla ayrıla bilərdik. Məyusuq.
Ümumiyyətlə, “Qəbələ” ilə oyunlarımız nəticə baxımından uğursuz alınır. Elə matçlar olub ki, açıq-aşkar üstün oynayırdıq. Bu gün seçim imkanım olsaydı, “Qəbələ” ilə qarşılaşmaq istəməzdim. Bilirdik ki, rəqib son döyüşə çıxacaq. İstəkli idik, növbəti qələbəni qazanmaq istəyirdik. Alınmadı. Təhlil edəcəyik”.
Bizi Facebook-da izləyin