Rəşad Nəbiyev Yevlaxda region cüdoçuları ilə görüşüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Yevlax şəhərində regionu təmsil edən məşqçilər və cüdoçularla görüşüb.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, görüş zamanı Yevlaxda 120-dək gənc və yeniyetmənin cüdo ilə məşğul olduğu bildirilib. Nəbiyev bölgədə idmançılar üçün yaradılan şəraitlə tanış olub və maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını, məşqçi-müəllimlərin uşaqlar və yeniyetmələrlə işlərini müasir tələblərə uyğun qurmaları üçün tövsiyələrini verib.

O, cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin ACF-nin əsas məqsədlərindən biri olduğunu vurğulayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button