Azər Bağırov: “Danimarkalılar “Qarabağ”ı dərindən təhlil ediblər”

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2-ci turunda Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunla bağlı fikirlərini öyrənmək üçün “Kəpəz”in sabiq baş məşqçisi Azər Bağırovla əlaqə saxladıq. Bağırov Komanda.az-a açıqlamasında “Benfika” ilə matçın çox böyük siqnallar verdiyini bildirdi:

“İlk oyunun nəticəsi olaraq “Benfika” ilə matç çox böyük siqnallar verdi. Ona görə də, “Qarabağ”a dair gözləntilər daha çoxdur. Rəqiblərin artıq “Qarabağ”la hesablaşmalı olduğunu düşünürəm. “Kopenhagen” “Qarabağ”a qarşı daha ciddi hazırlaşacaq, daha strategiyalı oyun üslubuna keçməlidir. Mənə elə gəlir ki, danimarkalılar “Qarabağ”ı dərindən təhlil ediblər.

Düşünürəm ki, “Qarabağ” evdə, azarkeşlərimizin önündə qələbə qazana bilər. Və inanıram ki, azarkeşlər bu gün son dəqiqəyə kimi “Qarabağ”ı qələbəyə səsləyəcəklər. Həmçinin, Azərbaycan futbol tarixində yeni bir səhifə açılacaq”.

“Qarabağ” Çempionlar Liqasının ilk turunda səfərdə “Benfika”nı 3:2 hesabı ilə məğlub edib və hazırda turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button