“Rəqibləri təhlil etmişik” – Maksim Medvedev

“Komandada əhval-ruhiyyə yaxşıdır. Futbolçular artıq klubları yaddan çıxarıblar və fikirlərini milliyə yönəldiblər”.

Komanda.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin kapitanı Maksim Medvedev Qazaxıstana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının 1-ci tur oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.

33 yaşlı müdafiəçi rəqiblərini təhlil etdiklərini deyib:

“Yeni turnirə başlayırıq. Rəqibləri təhlil etmişik, onların güclü və zəif tərəflərini bilirik. Son iki gündə oyuna hazırlıq prosesi gedir. Bu gün isə sonuncu məşqimiz olacaq. Sabah ən optimal heyətlə mübarizə aparmağa çalışacağıq. İnanıram ki, ilk 11-likdə meydana çıxacaq oyunçular özlərini ən yaxşı tərəfdən göstərəcəklər və vuruşacaqlar.

Klubdakı son oyunlardan xeyli vaxt keçib. İstirahət etmək üçün yetərincə vaxtımız olub. Baş məşqçimiz də bunu nəzərə alaraq, oyunçuları yüksək tempdə saxlayıb və son iki gündəki məşq sırf oyuna hazırlıq xarakteri daşıyıb”.

İyunun 3-də keçiriləcək Qazaxıstan – Azərbaycan oyunu saat 18:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button