“Rəqibin “Qarabağ” olduğunu nəzərə alsaq, pis oynamadıq”

“Səbail”in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının 1-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:3 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çempiona qarşı heç də pis təsir bağışlamadıq. Düzdür, daha yaxşısına ümid edirdik. Qarşımızda “Qarabağ” var idi, amma pis oynamadıq. Aqressivlik var idi, hücum qurmaq istədik. Yaxşı qol epizdolarımız var idi ki, hesabı açaq. Bacardığımız qədər oynadıq. Qarşıdakı oyunlara baxacağıq. Uduzsaq da, komandanın göstərdiyi oyuna və aqressivliyinə görə razı qaldıq. Qarşıda çox oyun var. Həm nəticə qazanmaq, həm də yaşxı oyun göstərmək istəyirik. Bir çox futbolçumuz yenidir, anlaşa bilmirlər, bir-birini başa düşmürlər. Müdafiəçilərimiz xaricidir. Dil baxımından da problemimiz var. Oyunda belə şeylər olur. Komanda şəklində yaxşıyıq. Vaxt lazımdır. Tezliklə yoluna qoymaq istəyirik. Yeni transferlər pis deyildilər. Gözləntilərimiz çoxdur. Özlərini göstərəcəklər.

Yaxşı nəticə ilə başlamaq istəyirdik. Amma əfsuslar olsun ki, uduzduq. Ruhdan düşmək fikrimiz yoxdur. Yeni komandamız var. İstəyirik ki, bütün çempionat ərzində özümüzü göstərək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button