“Rəqibin müdafiəsini yara bilirdik, amma…” – Ayxan Abbasov
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 17-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra təşkil edilən mətbuat konfransında bunları söyləyib:
“Yenə şəhidimiz var. “Neftçi”nin əməkdaşı da dünyasını dəyişib. Çox üzücüdür. Allah rəhmət eləsin! Azarkeşlərimizə təşəkkür edirəm. Bəlkə də, ən yaxşı oyunumuzu oynadıq. Getdikcə inkişafı görürdük. Təəssüf ki, oyunu xalsız başa vurduq. Futbolçularıma təşəkkür edirəm. Qarşıda çətin kubok matçımız var. Ona hazırlaşacağıq. İtkilərimiz var. Bir şey fikirləşib, tam hazır olmağa çalışacağıq. Əsas “Kəpəz”lə matçdır. Bir az üstünlüyümüz var. Maraqlı oyun olacaq.
“Neftçi” təcrübəli komandadır. Penaltidən qol buraxdıq. Bu gün VAR dəqiq baxır. Hətta yıxılanda belə, əlini qoymalısan. Bununla ikinci dəfə qarşılaşırıq. Daha diqqətli olmalıyılq. Belə oyunlar olur. Əsas odur ki, gələcək matçlar üçün işıq görünür. Daha yaxşı ola bilərik.
Qalib gəlmək istəyirsənsə, epizodları dəyərləndirməlisən. Xüsusən, “Neftçi” kimi komandaya qarşı. Rəqibin müdafiəsini yara bilirdik. Sadəcə, son nöqtəni qoymaq çatmadı”.
Bizi Facebook-da izləyin