
“Rəqibin müdafiəsində problemlərin olmasını düşünməməliyik” – Kadi
“Həm ötən oyunda, həm də bu dəfə yaxşı çıxış etdik. Məşqdə etdiklərimizi oyunlarda göstərməyə çalışırıq”.
Komanda.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Kadi Borges Bakıda İsveçrə “Sürix”inə 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan sonra açıqlamasında deyib.
Oyundakı ilk qolun müəllifi olan braziliyalı yarımmüdafiəçi, cavab görüşündə də verilən tapşırıqları düzgün icra edəcəklərini bildirib:
“Rəqibin müdafiəsində problemlərin olmasını düşünməməliyik. Növbəti oyunda da baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq”
“Qarabağ”la “Sürix” arasında cavab oyunu iyulun 27-də Sürixdə baş keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin