“Rəqibdən qat-qat üstün oyun sərgilədik” – Tərlan Əhmədov

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 20-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Əvvəlki matçlarda bu qədər qol epizodu yaratmağımız yadıma gəlmir. Təəssüf ki, istifadə edə bilmədik. Bəzən yaxşı oynayıb məğlub olursan. Kaş pis oynayıb qalib gələrdik. Komandam yaxşı oyun göstərdi. Futbolçularımdan razı qaldım. Rəqibdən qat-qat üstün oyun nümayiş etdirdik. Oyunçularımızın əziyyətinə heyfim gəlir. Qarşıda hələ 16 tur var. Düşdüyümüz vəziyyətdən çıxmağa və turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmağa çalışacağıq. Bu məğlubiyyətdən sonra sonuncu pilləyə geriləməyimiz psixoloji gərginlik yaratmayacaq. Əksinə, bizi daha motivasiyalı edə, futbolçuları aqressivləşdirə bilər. Məhz bunun sayəsində hazırkı vəziyyətdən çıxa bilərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button