“Rəqib qapıçı keçilməz idi” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 4-cü turunda doğma meydanda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları matçla bağlı bunları söyləyib:

“Oyun bizim üçün bir az uğursuz başladı. 30-cu saniyədə təhlükəli vəziyyət oldu qapımızda. Rəqib gözlədiyimiz kimi bizi əks-hücumda tutdu və möhtəşəm zərbə ilə qol vurdular. Ondan sonra nəzarət bizdə idi. İkinci yarıda möhtəşəm oynadıq. Futbolçulardan razıyam. Üç gün əvvəl ağır məğlubiyyət almışdıq. Hamısını nəzərə alsaq, yaxşı oynadıq. Vacib olan odur ki, bu oyunu daha da inkişaf etdirməliyik. Rəqibin qapıçısı çox yaxşı 3-4 seyv etdi.

Məğlubiyyətdən sonra komanda əzilmiş olur. Amma oyunumuz onu demədi. Ağır məğlubiyyətə baxmayaraq, yaxşı oynadıq, gözəl oynadıq. Sadəcə rəqib keçilməz idi. Bir qol lazım idi ki, üstünlük bizə keçsin. Rəqibin də əzmkar oyununu nəzərə almaq lazımdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button