“Rəqib komanda bizi çox yaxşı təhlil etmişdi”
“Sumqayıt”ın baş məşqçisi Vadim Kuramş “Lənkəran”a qarşı Azərbaycan Basketbol Liqasının 12-ci turunun oyunundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında qələbəyə görə sevincli olduqlarını bildirib:
“Oyunçularımı qələbə münasibətilə təbrik edirəm. Bu gün əsl komanda oyunu sərgilədik. Matçın gedişində 4 qayda pozuntusuna yol verən Saadettin Donatı ehtiyata çəkib sonradan meydana buraxmaq istəyirdik. Bu da işimizə yaradı. Hərçənd qarşılaşmanın müəyyən hissəsində işlərimiz elə də qaydasında getmədi. Dəqiqlik faizimiz aşağı düşmüşdü. Halbuki son oyunlarda bu göstəricidə üstün idik. Bu gün snayperimiz Zayon Yanq xilaskarımıza çevrildi. O, son dəqiqələrdə özünü əsl lider kimi apardı. Rəqib bizi çox yaxşı təhlil etmişdi. Buna görə də onların səbətinin altında ötürmələrimiz o qədər də effektli olmurdu. İstənilən halda, mövsümdə ilk səfər qələbizimizi qazandıq. Ümid edirəm ki, davamı gələcək”.
“Lənkəran” – “Sumqayıt” qarşılaşması ikincilərin 93:90 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Facebook-da izləyin