Rəqib futbolçuya təpik atan Fernando Musleranın cəzası açıqlandı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Yanq Boys”la (İsveçrə) keçirilən cavab matçında rəqib komandanın futbolçusuna təpik atan Türkiyənin “Qalatasaray” klubunun qapıçısı Fernando Musleranın cəzası bəlli olub.

Komanda.az xəbər verir ki, UEFA uruqvaylı əlcək sahibini 3 oyunluq diskvalifikasiya edib.

38 yaşlı qolkiper sözügedən qarşılaşmanın 87-ci dəqiqəsində fərqlənən Alan Virjinyusa təpik vuraraq münaqişəyə səbəb olub və qırmızı vərəqə ilə cəzalandırılıb.

“Yanq Boys”a hər iki oyunun nəticəsinə görə məğlub olan (2:4) “sarı-qırmızılar” yoluna Avropa Liqasının Liqa mərhələsində davam edəcək. Muslera PAOK (Yunanıstan), RFS (Latviya) və “Elfsborq”la (İsveç) keçiriləcək matçlarda iştirak etməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button