“Rəqib etibarlı müdafiə olundu” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 1:1 hesablı nəticəni belə şərh edib:

“Gözlədiyimiz kimi çətin oyun alındı. İlk dəqiqələrdə hər iki komanda ehtiyat edirdi. Rəqib etibarlı müdafiə olundu. Fasilədə toparlanıb, daha irəli atılmağa çalışdıq. Meydanda bərabər şəraitdə mübarizə keçdi. Məncə də, ədalətli nəticə heç-heçə idi.

Bəzən oyun uğurlu getdikdə fasilə olmasını istəmirsən. Bilmirəm, bu gün fasilə bizim xeyrimizə oldu, yoxsa əksimizə. Çalışmalıyıq ki, bəzi şeyləri yaxşılaşdıraq. Düşünürəm ki, çempionatın önəmli anları bizi gözləyir. Yaxşı fürsətlər olacaq ki, bizə rəsmi oyunlar öncəsi bir sınaq olsun. Ayxan Abbasov adına sevinirəm. Məndən soruşsanız ki, U-21 üçün ən yaxşı namizəd kimdir, Ayxan Abbasovu deyərdim”.

Nəzrin Kazımlı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button