“Mən belə şeylər görmək istəmirəm” – İnzaqi

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 22-ci turunun “Sampdoriya” ilə matçından sonra (0:0) danışıb.

Komanda.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, o, qələbə qazana bilmədikləri üçün məyus olduğunu deyib:

“Təbii ki, qələbə qazana bilmədiyimiz üçün məyusam. Yaratdığımız bütün şanslardan istifadə etsəydik, fərqli nəticə olardı. Mən hər zaman deyirəm ki, biz bütün diqqətimizi yalnız özümüzə yönəltməliyik. Rəqib meydanda çox çalışdı, bütün boşluqları bağladı”.

İnzaqi matçın 40-cı dəqiqəsində Milan təmsilçisinin futbolçuları Romelu Lukaku və Nikolo Barella arasında olan mübahisədən də söz açıb:

“Lukaku və Barella arasında olan mübahisə? Meydanda belə şeylər olur. Lakin baş verməməlidir. Mən belə şeylər görmək istəmirəm. Fasilə zamanı bir yerdə oturdular. Məncə, onlar əla dostdurlar”.

“İnter” hazırda İtaliya çempionatının turnir cədvəlində 44 xalla ikinci, “Sampdoriya” isə 11 xalla 19-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button