“Rəqib əlinə düşən şanslardan yaxşı istifadə etdi” – Cavadov

“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyətə belə aydınlıq gətirib:

“Rəqib komandada istək daha çox idi. Ona görə də qalib gəldilər. Biz öz şanslarımızdan istifadə edə bilmədik. Rəqib isə əlinə düşən şanslardan yaxşı istifadə edib qollar vurdu. Qış transfer pəncərəsi bitməyib deyə bəzi söz-söhbətlər futbolçulara təsir edir. Yenə də oyuna görə uşaqlara təşəkkür edirəm. Heç nə itirilməyib. Rəqibi təbrik edirəm. Növbəti matça hazırlaşacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button