“Bu işdə məndən yaxşı məşqçi yoxdur” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola futbola yanaşması ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyunlarda istifadə etdiyi fərqli taktikadan danışıb:
“Biz çox praqmatikik, nəticələrə baxın. Rəqəmlərə gəldikdə biz dünyanın ən yaxşısıyıq. Mən praqmatistəm və bu işdə məndən yaxşı məşqçi yoxdur. İşləri bu şəkildə etməklə daha tez-tez qalib gəlirik. Bəs onda nə dəyişir? Fərqli olmaq mənim üçün çətindir, çünki nəticə verir. Pul üçün? Bəli, əlbəttə. Amma nəticələr göz qabağındadır. Praqmatik oyun nədir? Rəqib 0-dan 95-ci dəqiqəyə kimi öz cərimə meydançasında müdafiə olunmalıdır. Mən bunu niyə istəyirəm? Çünki bu zaman top qapıçımızdan uzaqlaşır. Top hədəfimizə yaxınlaşanda mən titrəməyə başlayıram”.
“Şəhərlilər” bu gün “Arsenal”la qarşılaşacaq.
Bizi Facebook-da izləyin