Rəhimovanın komandası Ermənistan təmsilçisini böyük hesabla yendi

Azərbaycanın qadınlardan ibarət millisinin üzvü Milana Rəhimovanın formasını geyindiyi Şimali Makedoniyanın “Lyuboten” klubu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Ermənistan təmsilçisi “Pünik”i böyük hesabla məğlub edib.

Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Şimali Makedoniya klubunun 4:0 hesablı qələbəyə sevinib.

Hava Mustafanın pokerə imza atdığı qarşılaşmada meydana start heyətində daxil olan Rəhimova 90 dəqiqəni əvəz edilmədən keçirib.

Bu nəticədən sonra Milana Rəhimovanın komandası UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button