
Rəhim Sadıxov “Zirə”də!
“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, paytaxt klubu Rəhim Sadıxovla anlaşıb.
Yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Azərbaycan milli komandasının da üzvü olan 25 yaşlı futbolçu daha əvvəl Rusiyanın “Solyaris”(Moskva), “Torpedo” (Moskva) klublarında, ölkəmizdə isə “Sumqayıt”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin