
İngiltərəli futbolçu “Liverpul” rəhbərliyinə klubdan getmək istədiyini deyib
“Liverpul”un yarımmüdafiəçisi Harvi Elliot Premyer Liqanın daha bir klubunun maraq dairəsinə düşüb.
22 yaşlı futbolçu rəhbərliyə klubdan ayrılmağa hazır olduğunu bildirib. O, əsas heyətdə daim yer almaq istəyir, ancaq “Liverpul”un buna zəmanət verəcəyi gözlənilmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçunun vəziyyətini “Nyukasl” yaxından izləyir.
Daha əvvəl Elliotla “Brayton”, “Vest Hem”, eləcə də Almaniyanın “Leyptsiq” klubunun və “Çelsi”nin maraqlandığı bildirilmişdi.
“Liverpul” Elliot üçün təxminən 50 milyon avro tələb edə bilər. O, yaxın zamanda gənclər arasında keçirilən Avropa çempionatının ən yaxşı futbolçusu seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin