
Rəsmi: Jardim yenidən “Monako”da
“Monako” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisinin “sükan”ı Leonardo Jardimə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Jardimlə 2,5 illik müqavilə imzalanıb.
Jardim 2014-2018-ci illər aralığında da “Monako”nu çalışdırıb. O, 2016/17 mövsümündə Liqa 1-də çempionluq yaşayıb.
“Monako”da bir müddət əvvəl Tyerri Anri baş məşqçi postundan göndərilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin