Rəsmi: “Fənərbaxça”dan Məsut Özil açıqlaması
Türkiyənin “Fənərbaxça” klubunun “Arsenal”ın futbolçusu Məsut Özillə maraqlandığı ilə bağlı xəbərlər yayılmışdı.
Komanda.az xəbər verir ki, İstanbul klubu açıqlama verərək, bu iddiaları təkzib edib:
“Son həftələrdə və xüsusilə, son bir neçə gündə Məsut Özil iddiaları haqqında vəziyyəti aydınlaşdırmaq üçün açıqlama vermək vacibliyi yaranıb.
Məsut Özil karyerası və davranışıyla xaricdə ölkəmizi uğurla təmsil edən vacib bir dəyərdir. Ancaq “Fənərbaxça”nın Məsut Özil üçün hansısa marağı yoxdur. Mövcud iqtisadi şərtlərdə belə bir addımın atılması heç bir tərəf üçün mümkün deyil.
Prezidentimiz Ali Koç da iyunun 20-də məsələylə bağlı açıqlama verərək, yaxın gələcəkdə bunun gerçəkləşməyəcəyini vurğulamışdı”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin