Rəsmi: “Barselona”dan ayrılan futbolçu Yaponiyada
Bir neçə gün əvvəl “Barselona” ilə müqaviləsini ləğv edən Serji Samperin yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Yaponiya təmsilçisi “Vissel Kobe”yə transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Samperlə 2020-ci ilin yanvarına kimi müqavilə imzalanıb. “Vissel Kobe” klubunda “Barselona”nın sabiq üzvü Andres İnyesta da forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin