Rəşad Sadıqovdan Utziq haqda sərt açıqlama

“Zirə” braziliyalı hücumçusu Rafael Utziqi cəzalandırıb.

Komanda.az xəbər verir ki, komandanın mövsümöncəsi hazırlıq prosesinə qoşulmayan futbolçu həm əsas kollektivdən kənarlaşdırılıb, həm də pul cəzasına məruz qalıb. Bunu komandanın baş məşqçisi Rəşad Sadıqov bildirib:

“Hazırda Rafael Utziqi komandamda görmürəm. Bir futbolçu yoxlama oyunlarına gəlmirsə, məşqlərdə iştirak etməyib bir ay sonra gəlirsə, təbii ki, o oyunçu oynamayacaq. Hələlik 4 həftəlik komandadan uzaqlaşdırmışıq və həmçinin, müəyyən pul cəzası da verilib”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button