
Rəşad Sadıqova xəbərdarlıq edildi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub.
Misli Premyer Liqasının 2-ci turunun “Sumqayıt” – “Qarabağ” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
Misli Premyer Liqasının 2-ci turunun “Səbail” – “Turan Tovuz” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.
Misli Premyer Liqasının 3-cü turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
Misli Premyer Liqasının 3-cü turunun “Sabah” – “Neftçi” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.
Misli Premyer Liqasının 3-cü turunun “Zirə” – “Sumqayıt” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.
Misli Premyer Liqasının 3-cü turunun “Zirə” – “Sumqayıt” oyununda “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov hakimlərin işinə nümayişkaranə şəkildə müdaxilə etdiyi üçün xəbərdarlıq edilir.
Misli Premyer Liqasının 3-cü turunun “Kəpəz” – “Qəbələ” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin