Rəşad Sadıqov “Zirə” ilə yeni müqavilə imzalayıb
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov klubla yeni müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.
Bildirilib ki, 41 yaşlı məşqçi başa çatan sözləşməsinin müddətini 2025-ci ilin yayınadək uzadıb. Onunla yanaşı, məşqçilər korpusunda yer alan digər mütəxəssislərlə bağlı da eyni qərar verilib.
Rəşad Sadıqov 2020-ci ilin iyulundan “Zirə”yə rəhbərlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin