Rəşad Sadıqov Suma haqda: “Ona ən uyğun olanın “Malmö” olduğuna qərar verdik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Salifu Sumanın İsveçin “Malmö” klubuna transferindən danışıb.

Komanda.az xəbər verir ki, o, bu gün “Hayduk”a qarşı keçirdikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Salifu Sumanın transferi bizim üçün də çox önəmlidir. Futbolçularımızın menecerlərin diqqətini çəkməsi bizim üçün xoşdur. Və Salifu adına çox sevinirəm. Qışda da bir çox təklifləri var idi, amma mən onu tələsməyə qoymadım. Artıq yayda gələn təklifləri dəyərləndirdik. Ona ən uyğun olanın “Malmö” olduğuna qərar verdik. Salifuya uğurlar arzulayıram. Yenə də deyirəm, klub olaraq çox sevinirik”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button