Rəşad Sadıqov: “Ədalətli nəticə heç-heçə idi”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov səfərdə “Qəbələ” ilə qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, 40 yaşlı mütəxəssis, iki gün davam edən oyunun maraqlı alındığını bildirib:

“Bu gün kiminsə məğlub olmasını istəmirdim. Artıq bir sutkadır ki, oyun bitmirdi. Dünən hava şəraitinə görə görüş 65-ci dəqiqədə dayandırıldı. Belə məqamda komandanı tonusda saxlamaq çətindir. Hər iki tərəfin futbolçularını təbrik edirəm. Ürəyimdən keçən görüşün heç-heçə ilə bitməsi idi, belə də oldu. Adamın hər iki komandanın oyunçularının əziyyətinə heyfi gəlir. Dünənki hava şəraiti çox ağır oldu. Komandalar meydanda mübarizə apardı.

Oyun haqqında danışılacaq çox şey yoxdur. Ədalətli nəticə heç-heçə idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button