“Geridə buraxdığımız mövsümdən razı qala bilərik”
PSJ-nin yarımmüdafiəçisi Fabian Ruis 2022/23 mövsümü haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, uğura nail olduqlarını söyləyib:
“Mövsüm ərzində çempionatın turnir cədvəlində birinci yerdə qalmaq çətindir. Rəqiblərimiz də çox motivasiyalıdırlar, bunu bilirik.
Geridə buraxdığımız mövsümdən, xüsusilə də, çempionatdan razı qala bilərik. Çünki uğura nail olduğumuzu hesab edirəm”.
Paris klubu 2022/23 mövsümünü Fransa çempionu kimi bitirib.
Öncədən Liqa 1 klubunun Ruisi icarəyə verməyə hazır olduğu bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin