“Qol vurmaq istəyirdik, amma…” – Mourinyo

“Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo Premyer Liqanın 18-ci turu çərçivəsində “Çelsi”yə 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, qarşılaşma ilə bağlı bunları deyib:

“İlk hissədə rəqibin daha yaxşı oynadığını düşünürəm. Onlar rahat olduqları, iki il Antonio Kontenin rəhbərliyi altında çıxış etdikləri sistemlə oynadılar. Rəqibin bizdən üstün olduğunu qəbul etmək mənim üçün asandır, amma qolların heç biri üstünlükdən vurulmadı. Hər iki qolda yalnız özümüzü günahlandıra bilərik.

İkinci hissədə oyunumuz dəyişdi. Oyuna daha çox nəzarət edirdik və vuracağımız bir qol matçı dəyişdirəcəkdi. Qol vurmaq istəyirdik, amma azlıqda qaldıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button