“Rəqib oyunun əvvəlindən sonuna qədər bizdən daha yaxşı idi”

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Leyptsiq”ə məğlub olaraq mübarizəni dayandıran “Atletiko”nun futbolçusu Koke açıqlama verib.

Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçu, məğlubiyyətə layiq olduqlarını bildirib:

“Rəqib oyunun əvvəlindən sonuna qədər bizdən daha yaxşı idi. “Leyptsiq”in futbolçuları bir çox nüansda bizi geridə qoydu. Komanda yaxşı vəziyyətdə olanda və hesab 1:1 olarkən rəqib ikinci qolu vurdu. İstədiyiniz kimi oynamayanda və rəqib daha yaxşı olanda, onu təbrik etməli, öz çıxışımız barədə düşünməliyik. “Leyptsiq” qələbəyə layiq idi. Çox məyusuq. Bu Çempionlar Liqası çox həyəcanlı idi, sadəcə üç oyunda turnirin qalibi ola bilərdik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button