“Rəqib bura nəticə qazanmaq üçün gəlmişdi” – Payet

“Marsel”in futbolçusu Dimitri Payet Fransada “Qarabağ”a 3:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu oyunun avrokubok matçlarının asan olmadığını göstərdiyini deyib:

“Rəqib bura nəticə qazanmaq üçün gəlmişdi. İkili mübarizələrdə daha yaxşı oynaya bilərdik. Ancaq ilk növbədə kiçik hesablı qələbəni təmin etmək lazım idi ki, bunu da bacardıq”.

Komandasının 3-cü qolunun müəllifi olan Payet, meydana ehtiyatdan çıxmasına da mübasibət bildirib:

“Bir az nəfəs almaq mənim üçün çox faydalı oldu. Bu da az oynayanlar üçün şərait yaratdı. Hər kəsə ehtiyacımız olacaq. Ona görə də, hamımız eyni səviyyədə olmalıyıq”.

“Qarabağ”la “Marsel” arasında cavab görüşü fevralın 24-də Bakıda oynanılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button