“Heç kim məndən Çempionlar Liqasına vəsiqə istəmədi”
“Çelsi”nin baş məşqçisi Enzo Mareska klub rəhbərliyinin yeni mövsüm başlamazdan əvvəl onun qarşısına qoyduğu hədəflərdən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı London klubunun 5-10 il irəliyə baxdığını bildirib:
“Mənim fikrimcə, klub 5-10 il irəliyə baxır. Klubda heç kim məndən mövsümün sonunda Çempionlar Liqasına vəsiqə istəmədi. Deyirdilər ki, biz mübarizə aparmalı və addım-addım irəliləməliyik”.
İngiltərə Premyer Liqasının son mövsümünün yekununda London klubu 63 xal toplayaraq 6-cı yeri tutub. “Çelsi” bu mövsüm pley-offda İsveçrənin “Servett” klubunu keçərsə, Konfrans Liqasının əsas mərhələsində iştirak edəcək.
Mareska bu yay “Çesi”nin baş məşqçisi təyin edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin