İngiltərə klubu “Qarabağ”ın keçmiş məşqçisi ilə RƏSMƏN anlaşdı
“Sauthempton”un müvəqqəti baş məşqçisi Ruben Selles cari mövsümün sonuna qədər komandanın başında olacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssisin işi və fikirləri klub rəhbərliyini razı salıb.
Premyer Liqa təmsilçisi fevralın 12-də 50 yaşlı Neytan Consla yollarını ayırıb.
Komanda müvəqqəti olaraq daha əvvəl Azərbaycanda da işləmiş ispaniyalı Ruben Sellesə tapşırılıb. 40 yaşlı Selles 2022-ci ildə də bir müddət Premyer Liqa təmsilçisinə rəhbərlik edib.
O, 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin