Rəcəbov yenidən Firuzca ilə qarşılaşır
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün 8-ci turun görüşünü keçirəcək.
Komanda.az xəbər verir ki, 35 yaşlı qrossmeyster qara fiqurlarla Fransa təmsilçisi Alireza Firuzca ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa), Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə heç-heçə edib, Hikaru Nakamura və Fabiano Karuanaya (hər ikisi ABŞ) isə uduzub. İlk dövrədən sonra Rəcəbov Firuzca ilə birlikdə hərəyə 2,5 xalla 7-8-ci yerləri bölüşür. Turnir cədvəlinə 5,5 xala malik Nepomnyaşi başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin