“Əl Sədd” Xavi ilə müqaviləni yenilədi – rəsmi

Qətərin “Əl Sədd” klubunda baş məşqçi Xavi ilə yeni müqavilə imzalanıb.

Komanda.az xəbər verir ki, ispan mütəxəssis daha iki il “Əl Sədd”i çalışdıracaq. Bu barədə Qətər təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xavinin baş məşqçisi olduğu “Əl Sədd” Qətər çempionatının qalibi olub. Xavi 2019-cu ilin mayından bu komandanı çalışdırır. Onun klubla əvvəlki müqaviləsi bu ilin iyuluna qədər idi.

Xavinin “Əl Sədd”dən ayrılıb, “Barselona”ya baş məşqçi təyin olunacağı gözlənilirdi.

Xavi futbolçu karyerası ərzində 1995-2015-ci illər aralığında “Barselona”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button